Messi və Ronaldo dodaq-dodağa...

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 23-də İspaniyanın Katoloniya bölgəsində "Sant Jordi" günü qeyd olunur.

Day.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, sevgililər gününü əvəz edən bu tarixdə katoloniyalılar bir-birinə hədiyyələr alırlar.

Adətən "San Jordi" günündə oğlan sevdiyi xanıma gül, xanım isə sevdiyi bəyə kitab hədiyyə edir.

Sözügedən günə 2 gün qalmış yerli sənətkarlardan biri maraqlı sənət əsəri ilə çıxış edib. Belə ki, rəssam Tvboy "Barselona"nın futbolçusu Lionel Messi ilə Madrid "Real"ının ulduzu Kristiano Ronaldonun portretini çəkib.

Həmin şəkildə ulduz futbolçular dodaq-dodağa öpüşürlər. "Eşqin gözü kordur" adı verilən sənət əsərində kitab Ronaldoda, gül isə Messidə olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.