Maria Şarapova necə reklam dünyasının simasına çevrildi: biznes hekayə

Day.Az представляет новость на азербайджанском языке

Maria Şarapova, bu yaxınlarda "Qarşısıalınmaz. Mənim həyatım" adlı avtobioqrafik kitabını ictiamiyyətə təqdim edib. Forbes bu kitabda rusiyalı tennis ustasının biznes karyerasında dair maraqlı təfərrüatlar tapmışdır.

Şarapova, hələ 2015-ci ilin qışında memuar yazmağı düşünmüşdü. Həmin dövrdə o, Rio olimpiadasında çıxış etmək və daha sonra son kəs turnir mövsümü keçirtmək arzusunda idi. Kitabça US Open-2017-ə qədər satışda olmalı idi. İdmançının xəyallarını  alt üst edən meldonium oldu - Maria bu kardioloji preparatı 10 yaşından bəri ailə həkiminin məsləhəti ilə qəbul edirdi və 2016-cı ilin yanvarın 1-dən bəri peşəkar idmanda qadağan edilmişdi.  Şarapova Beynəlxalq tennis federasiyasının yenilənmiş dopinq siyahısı olan xəbərdaredici məktubunu sona qədər oxumamış, Australian Open 2016-dan bir neçə həftə sonra isə müsbət dopinq-test (meldonium üzrə) səbəbindən yarışlardan uzaqlaşdırılması ilə bağlı ikinci məktub almışdır.

Uzunsürən məhkəmə işlərindən  sonra iki illik diskvalifikasiya müddəti 15 aya qədər azaldıldı: Beləlikə Şarapova Olimpiadanı və 4 "Böyük dəbilqə" turniri ötürməli oldu, bununla da o, Forbesin ən çox qazanan xanım idmançıların TOP-Onluğunu tərk etdi. Əvəzində Maria 20 yaşını normal insan kimi qeyd edərək, bədii yaradıcılığa daha çox vaxt ayıra bildi.

Jurnalist/yazıçı/ssenarist Rich Cohenlə birlikdə Şarapova, heç zaman təslim olmayan bir qızın "inanılmaz macəraları" və yalnız bir hədəfdən - qızını ən yaxşı tennisçi etməkdən ötrü hər şeydən imtina edən ata haqqında  kitab yazdı. Bu kitabda daha çox xarakterdən, çətinliklərdən, Serena Williamsdan və daha çox məşqlərdən, məşqçilərdən və matçlardan bəhs olunur, şəxsi həyat haqqında daha az danışılır, biznes haqqında səhifələr isə daha azdır. Forbes həmin səhifələri xüsusən diqqətlə oxuyub.

Vacib şahid

Maria Şarapovanın biznes hekayəsi Floridada uşaq turnirlərdən birində başlayıb, 11 yaşlı Maria özündən 2-3 yaş böyük qızlarla qarşı yarışmalı olub. "Yaşıma görə mən elə də hündür deyildim və arıq idim, dizlərim içə doğru qatlanırdı" - Şarapova özünü belə xatırlayır. Tribunadan isə onu keçmiş tennisçi Betsy Nagelsenizləyirdi. O karyerasını 1996-cı ildə başa vurmuşdu (onun ən maksimum göstəricisi  təkbətək oyunlarda N 23 və cütlük oyunlarında N 11) və televiziyada şərhçi kimi çalışırdı, amma ən vacibi isə o McCormackın İMG marketinq agentliyinin yaradıcısı və sahibinin həyat yoldaşı idi.

McCormack təhsil baxımından hüquqşünas idi, o 1960-ci ildə kompaniyanın əsasını öz dostu titullu qolf ustası Arnold Palmer üçün  "əsl pullar" qazanmaqdan ötrü qoymuşdu. İlk təcrübə uğurlu alınmışdı. Forbesin hesablamalarına əsasən reklam müqavilələri Palmerə həyatının sonuna qədər illik  40 mln dollara yaxın qazandırmış, bu is İMG-nin özü üçün əla reklama çevrilmişdi.

Agentliyin müştəri kontingenti böyüyürdü, 1990-cı illərin sonunda isə Şarapova uşaq turnirlərini fəth edirdi, kompaniya bir çox TOP idmançıların maraqlarını təmsil edir və "Wimbledon" səviyyəsində turnirlərin rəşkilində iştirak  edirdi.

2013-cü ildə Silver Lake Partners investisiya qrupu və nəhəng talantlar agentliyi WME birlikdə İMG-yə 2,2 mlrd dollar yatıraraq, WME-IMG holdinqini yaratdılar.  2017-ci ilin sentyabr ayında holdinqin adi dəyişdirilərək Endeavor oldu.

Layihənin miqyasının böyüməsinə baxmayaraq, onun təməl ideyası dəyişməyib. "İdmançılara onlar hələ gənc ikən sərmayə qoymaq, onları öz ayıqlarının üstündə möhkəm dura bilməsini və çiçəklənməsini təşkil etmək lazımdır. Onlar uğura nail olduqca İMG də çiçəklənəcək. Hətta onların axtarıb tapdığı və müqavilə imzladığı 10 uşaqdan yalnız biri lazımı uğura nail olsa belə bu kifayət edəcək" - Şarapova İMG-nin fəlsəfəsini izah edir.

Məhz buna görə də, tennis kortunda fenomenal rusiyalı qızcığazı görən Nagelsenəvvəlcə ərinə, daha sonra isə Gavin Forbesə- İMG-nin tennis üzrə baş skautuna zəng edir. "Mən hər gün onlarla belə zəng alıram... Şarapova Forbesin - xatirələrindən sitat  gətirir - ... 98% 1halda sən çox cırın uşaqlar və ya yaxşı idmançılarla qarşılaşırsan, bəzən gerçəkdən çox yaxşı tennis oyunçuları olur, amma çox yaxşı tennisçi ilə dahi tennisçi arasında distansiya oluqca böyükdür".

Şarapova haqqında bir araşdırma edən Forbes xeyli təəccüblənir, adətən tennisçi qızların karyerası onların anaları tərəfindən irəlilədilir. Şarapova isə atası ilə birlikdə hərəkət edir, məhz atası bu qızcığazı Rusiyadan Ştatlara gətirib, ana isə evdə, Soçidə qalıb.

Kitabçada Gavin Şarapovanı ilk dəfə kortda gördüyü anı çox ətraflı şəkildə təsvir edir: "Zərbələr tamamı ilə eyni idi" , " qətiyyən inanılmaz idi" "gerçəyə oxşamayan konsentrasiya" və digər heyranlıq  təfərrüatı. Amma əsas sualı Forbes qıza oyundan sonra verir: "Maria, sən həyatınla nə etmək istəyirsən?" "Mən dünyada ən yaxşı tennis oyunçusu olmaq istəyirəm" - Gavin Marianın belə cavab verdiyini xatırlayır.

Belə bir uşağı İMG əldən buraxa bilməzdi. Şarapovların yanına gənc idman agenti Max Eisenbudı göndərirlər.  Gənc tennisçi haqqında onun da ilk təəssüratları heyranlıqla dolu olur. Amma ən vacib amil o olur ki, Max çox qısa müddətdə Şarapovanın atası ilə ümumi dil tapa bilir.

 

"Max Eisenbud mənim həyatımda ən vacib insanlardan biri olacaq, yəni  həmişə etibar edə biləcəyin həyatının bir hissısini təşkil edən şəxs - Maria etiraf edir - qohumlardan savayı yeganə şəxs ki, işlər yaxşı gedəndə də yanında idi, nəsə yolunda getməyəndə isə  daha da yaxın gəlirdi".  Forbes qeyd edir ki, Max həm də Yuriyin, Marianın atasının inandığı şəxslərdən biri idi.

İMG-nin istedadlı rusiyalı qızcığaz ilə müqavilə imzalaması ilə bağlı şayiələr agent bazarımı çalxaladı: İndi hər kəs Şarapovanı istəyirdi, amma gənc xanım idmançını əldə edən elə İMG olur. "Ona görə ki, ilk olaraq onlar bizə diqqət yetirmişdi və həm də ona görə ki, həmin dövrdə bizim üçün ən yaxşı təklifi də onlar vermişdi" - kitabçada Maria izah edir. Şarapovanın atası ildə 50 000 dollar istəyirdi - mənzil tutmaq, maşın almaq və s üçün (həmin dövrdə o qohumların yanında qalırdı, qızı isə Nik Bolleteri akademiyasının yataqxanasında). Amma Gavin Forbes onlara izah edir ki, daha çox pul lazım olacaq. Yekunda illik 100 000 dollar civarında məbləğ müqabilində razılıq imzalanır."İMG ilə müqavilə bizim bütün həyatımızı dəyişir. Biz daha yeməyə görə və ya başımızın üstündə dam olsun deyə narahat olmaya bilərdik." - Şarapova xatırlayır.

"Bu pullar, hesabımıza gələn pullar mənə bir şey öyrətdi... Tennis idmandır, amma sadəcə idman deyil. O ehtirasdır, amma sadəcə ehtiras deyil. O, biznesdir. O puldur. O mənim ailəm üçün stabillikdir. İndi mən bunu başa düşürdüm. Siz yəqin düşünə bilərsiniz ki, bu mənim qəlbimi incitdi və məni illuziyalardan məhrum etdi. Amma tam əksinə oldu. Mən nəhayət dərk etdim ki, oyunun bədəli nədir.. Həmin andan mənim vəzifəm kifayət qədər sadələşdi - get və qalib gəl"

İMG ilə müqavilədən sonra Şarapovanın biznes karyerasında daha bir vacib hadisə baş verir. Gavin Forbes Marianın iştrakı ilə Nikenin tennis departamentinin top menecerləri üçün nümayiş turniri təşkil edir. Bir neçə həftə sonra kompaniya 11 yaşlı Şarapova ilə müqavilə imzalayır. Sövdədə 50 000 dollar üstəgəl bonuslar şəklində məbləğ qeyd olunur.

İngiltərə, İngiltərə

2004-cü il 3 iyul tarixində, Maria Şarapova, özünün ilk "Böyük dəbilqə" "Wimbledon" turnirinin qalibi olur. "Mənim telefonum dayanmadan zəng çalırdı. Bütün dünyadan agentlər mənimlə əlaqə qurmağa çalışırdı. Təkliflərin ardı arası kəsilmirdi - Şarapova qələbədən sonra baş verənləri xatırlayır. Əgər bütün dünya sənə zəng edirsə, necə YOX demək olar?  Hər şey əla idi, kağız üzərində hər şey ideal görünürdü. Artıq sonralar mən aqressiv reklamçıya çevrildim, reklam dünyasında sözünü demiş satış ustası oldum. Amma hər şey yeganə bir şirətlə - Motorola ilə başlamışdı"

Reklam rolikinin süjetinin ideyası da "Wimbledon" turnirində yaranır. Final matçda Serena Williamsa qalib gələn, Şarapova atasının əyləşdiyi tribunaya qalxır. Bu çox təsirli dəqiqələr idi "xoşbəxt qucaqlaşma, vacib sözlər, sevinc göz yaşları. "Aşağı düşəndə birdən anamı xatırladım" - tennisçi yazır. - Təcili anaya xəbər vermək lazımdır. Yuriy mobil telefonunu cibindən çıxarıb, mənə tərəf atdı. İdeal atış və ideal qəbul idi. Mən matç sonrası intervü üçün kameralar tərəfə yaxınlaşanda nömrəni yığırdım". Zəng etmək alınmadı, amma həmin an yaddaşlarda qaldı və Motorola onu özünün yeni RAZR modelinin reklamı üçün istifadə etdi: reklam çarxında Şarapova vacib matçdan sonra anasına zəng edir və onun əlindəki adi oyuncaq deyil, son model, hələ satışlara çıxmamış Motorola telefonudur. Şirkət istifadə üçün Mariaya reklam edilən telefonun "əla, olduqca incə və parlaq" prototipini hədiyyə edir, hansı ki Marianın olduğu yerlədə telefon da diqqəti özünə çəkir.

Июль 2004-го: 17-летняя Мария Шарапова празднует победу на "Уимблдоне" с отцом Юрием и агентом Максом Айзенбадом. С этого момента началась история коммерческого успеха российской теннисистки

Beləliklə Şarapova Motorola şirkətinin simasına çevrilir. "İnsanlar düşünürdü ki, mən milyonlar qazanıram. Amma sövdə elə də böyük deyildi, digər rəqib telefon firmalarından daha cəlbedici təkliflər də gəlirdi ". - Maria izah edir  - Amma Maxın ideyasına əsasən biz yalnız məşhur və keyfiyyətli brendlər ilə işləməyə və digərlərinə fikir verməməyə qərar verdik. "

Eisenbud haqlı idi. Motoroladan sonra ard-arda tennisçi xanıma biri birindən daha maraqlı reklam təklifləri gəlməyə başlayır. TAG Heuer, Land Rover, Canon və s. Şarapova ilə hələ 11 yaşında ikən müqavilə imzalamış Nike indi onu reklam çarxında çəkməyə başlayır.

"Mən heç vaxt reklam kampaniyalarının üzü və ya şirkətlərin siması omağı, iri reklam təşviqatçısı olmağı planlamamışdım - bu özü özünə alındı. Bu bəlkə də mənim turnirlərdə etdiklərimin mənfi fəsadlarından biri idi, amma bunun sayəsində mən məşhur oldum".

Hələ 2005-ci ildə Şarapova Forbesin ən çox qazanan xanım idmançılarının siyahısına başçılıq etdi və 11 il ardıcıl şəkildə bu reytinqin lideri oldu. Yalnız dopinq qalmaqalından sonra Maria çoxlu turnirləri buraxmaq məcburiyyətində qaldı və sponsorlar ilə problemlər yaşadı. Bununla o, 2016-cı ildə reytinqdəki liderliyini  Serena Williamsa təhvil verməli oldu, özü isə ikinciliklə kifayətləndi. 2017-ci ildə isə Şarapova heç ilk 10-luğa belə düşə bilmədi.

Halbuki aprel ayımda onun diskvalifikasiya müddətdi başa çatıb. Maria yenə meydana qayıtdı və 2015-ci ildən bəri ilk WTA turnirinin qalibi oldu. Çox güman ki o yenidən Forbesin ən çox qazanan xanım idmançılar reytinqinə qayıdacaq. Dopinq araşdırmaları zamanı tətbiq edilən düzgün taktikalar (etiraf, səriştəli müdafiə, mətbuata qarşı diqqət) sayəsində o bir çox sponsorlarını qoruya bildi və azarkeşlərini itirmədi. Sosial şəbəkələrdə onun təxminən 24 mln-a yaxın izləyicisi var - brendlər bu faktoru görməməzliyə vura bilməz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.