Təyyarə yolunu dəyişdi - Ayaqyoluna getmək istəyənlərin tələbi ilə

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın "Delta Airlines" aviaşirkətinin Nyu-Yorkdan Siettl şəhərinə uçan təyyarəsi marşrutunu dəyişməli olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, buna təyyarənin göyərtəsində sanitar qovşağının sıradan çıxması səbəb olub.

Nəticədə sərnişinlərin təbii ehtiyaclarını ödəyə bilmələri üçün təyyarə yüzlərlə kilometr yolunu dəyişərək Montana ştatının Billinqs şəhərində eniş etməli olub.

Hava limanında sərnişinlər digər problemlə üzləşib. Bütün avtobuslar məşğul olduğu üçün aeroport əməkdaşları sərnişinlər üçün taksi çağırıb.

Daha sonra təyyarədə ayaqyolunun təmizlənməsindən sonra reys bərpa olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.