Gəncədə 28 yaşlı gənci bıçaqladılar

Day.Az представляет новость на азербайджанском языке.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, noyabrın 30-u gecə saat 2 radələrində Gəncə şəhər TTYX-ya şəhərin Cavadxan qəsəbə sakini 28 yaşlı Azər Baxışəliyev qarının daxilə keçən kəsilmiş deşilmiş yarası ilə gətirilib.

Yaralı dərhal cərrahi əməliyyata götürülüb. Xəstəxanada olan yaxınlarının bildirdiyinə görə Azər Baxışəliyev özü özünə bıçaqla xəsarət yetirib. Hadisənin baş vermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.