İmtahan nəticələri çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirib. İmtahanın nəticələri mayın 2-də TQDK-nın internet saytında yerləşdirilib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmiş abituriyentlər bu qurumun internet saytı vasitəsilə nəticələri barədə məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 8.109 abituriyentdən 411-i imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün iki abituriyentin imtahan nəticələri ləğv edilib.

İmtahanda iştirak edən 7.696 abituriyentdən 6.476 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiymət alıb.

Bu imtahanda "qeyri-məqbul" qiymət alanlar, həmçinin müxtəlif səbəblərdən imtahanda iştirak etməyən abituriyentlər iyunun 12-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.