Bakı-Batumi reysi fəaliyyətə başladı

Day.Az представляет новость на азербайджанском языке

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

Day.Az bizimyol.info-ya istinadən bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a verilən məlumata görə, reyslər həftənin 1,3 və 5-ci günləri həyata keçiriləcək. Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq. Gediş biletinin qiyməti 35 manat təşkil edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.