7 yaşlı uşağı maşın vurdu Day.Az представляет новость на азербайджанском языке.

Bu gün axşam saatlarında Gəncə şəhərində azyaşlının vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində "Great Wall" markalı iki avtomobil toqquşub. Avtomobillərdən biri yolu keçmək istəyən, Gəncə sakini Atatürk prospekti, 1 nömrəli yataqxanada yaşayan 7 yaşlı Murad Rüstəmova dəyib. Nəticədə azyaşlı müxtəlif dərəcəli bədən xəsrətləri alıb.
 

Yaralı dərhal Gəncə şəhər TTYX-na çatdırılıb. Xəstəxananın Travmatologiya şöbəsində müayinə olunan Murad Rüstəmov müalicənin davam etdirilməsi üçün Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına göndərilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.