Bakıda baş vermiş qəzada iki maşın yanıb - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi zamanı toqquşan hər iki avtomobil yanıb.

Qəza nəticəsində "Vaz 21-014" və "Hyundai" markalı avtomobillər toqquşub.

Hadisə yerinə Nizami Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Qəza nəticəsində yanan hər iki avtomobil söndürülüb.

Məlumata görə, qəzada 3 nəfər yaralanıb. Onlardan biri polis polkovniki Həsənov Elşən Ağahüseyn oğludur. O, Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisidir.

Digər yaralılar isə Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 1987-ci il təvəllüdlü Xəlilov Fərid Rasim oğludur.

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

Qəza baş verdiyi anlarda Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Фото: Milli.Аz