Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırıldı

Azərbaycan-Ermənistan sərhədində 40 sərhəd dirəyi quraşdırılıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Qeyd edilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.