Müharibə veteranlarının təhsil haqqı bu halda dövlət tərəfindən ödəniləcək

Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədyi "Təhsil haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, peşə təhsili müəssisələrində "Müharibə veteranı" adı almış şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.