“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının tərkibi dəyişdirilib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.