Prezident İlham Əliyev: Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır

Qırğızıstanla bizim əlaqələrimiz qardaşlıq əsasındadır. Mənim Qırğızıstana dövlət səfərim çərçivəsində çox önəmli qərarlar qəbul edildi. Biz indi çox genişmiqyaslı əməkdaşlıq edirik.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə söyləyib.

"Bilirsiniz ki, Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradıldı. ...Qırğızıstan Prezidenti öz təşəbbüsü ilə Ağdam rayonunda bir məktəbin tikintisinə də dəstək göstərdi və onun təməlini biz birlikdə qoymuşuq. Bütün bunlar qardaşlıq təzahürləridir", - deyə dövlətimizin başçısı əlavə edib.