Prezident İlham Əliyev: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir

Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində söyləyib.

Ölkəmizin ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir".