Blatterə iş təklifi

Day.Az представляет новость на азербайджанском языке

8 il müddətinə futbolun bütün sahələrindən uzaqlaşdırılan keçmiş FİFA prezidenti Yozef Blatter gələcəyi ilə bağlı açıqlamalar verib.

APA xəbər verir ki, isveçrəli funksioner boş vaxtlarını istirahətlə keçirmək istəyir.

"Futboldan uzaqlaşdırıldıqdan sonra sağlamlığımın qeydinə qalacam. Ailəmə daha çox vaxt ayıracam və istirahət edəcəm", - deyə Blatter bildirib.
 
Ancaq qocaman idarəçiyə artıq yeni iş təklifi gəlib. Belə ki, o, bir günlük də olsa, Beynəlxalq fransız radiosu RFİ-də Fransa Kuboku oyunlarını şərh edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.