Fəxrəddin Manafov sevənləri ilə görüşəcək

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Fəxrəddin Manafov sevənləri ilə görüşəcək.

Day.Az axşam.az-a istinadən bildirir ki, görüş avqustun 2-də YARAT Müasir İncəsənət Məkanında baş tutacaq. 

Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək. F.Manafov ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək. 

 

Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi "Təhminə" filmi nümayiş olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.