Bakıda 19 nəfər müdhiş fırıldağın qurbanı olub

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 19 nəfərə qarşı fırıldaqlıq edilib.

Etibar Vahabov bu şəxslərin hər birindən 1600 manat pul alıb ki, onlara taksidə işləmək üçün avtomobil verəcək. Elə vəd etdiyi avtomobilləri almaq üçün həmin şəxsləri gömrük idarəsinə göndərib. Özü isə ora gəlməyib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, vətəndaşlar ''Ayıq sürücü'' şirkətinə işə düzəltmək adı ilə aldadılıb.
Hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbə sakini Turan İmamquluzadənin başına gəlib. Zərərçəkmişin sözlərinə görə, paytaxtın Nərimanov rayonu, metronun ''Gənclik'' stansiyasının yaxınlığında işə düzəltmə şirkətlərindən birinə müraciət edib. Orda 100 manat ödəniş etdikdən sonra Turan İmamquluzadəni ''ayıq sürücü'' şirkətlərindən birinə göndəriblər.

Şirkətdə Etibar Vahabov adlı səlahiyyətli şəxs Turan İmamquluzadəyə bildirib ki, onların xaricdən bir neçə avtomobili gəlir və həmin nəqliyyat vasitələrini icarə əsasında taksi xidmətində işləyənlərə verəcəklər. Turan

İmamquluzadə qiymət məsələsində adıçəkilən şəxslə razılaşıb və ödəniş edib.
Həmin gündən nə qədər zəng vursalar da, Etibar Vahabov telefonlara cavab vermir. Həmin şirkətdən isə Turan İmamquluzadəyə bildiriblər ki, burda belə bir adam yoxdur. Əlacsız qalan Turan İmamquluzadə 19 zərərçəkmiş kimi ərazi üzrə Nərimanov rayon 17-ci polis bölməsinə müraciət edib.

Etibar Vahabovla biz də telefon əlaqəsi yaratmaq istəsək də, zənglərə cavab verən olmadı. Zəərərçəkmiş Turan İmamaquluzadənin sözələrinə görə, Etibar Vahabov bu şəkildə vətəndaşlara 40 min manatdan çoxa ziyan vurub.

17-ci polis bölməsindən aldığımız məlumata görə, Etibar Vahabov barəsində müxtəlif şikayətlər var. Amma hələ ki, həmin şəxs saxlanılmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 19 nəfər müdhiş fırıldağın qurbanı olub