https://news.day.az/azerinews/965561.html
Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunurlar
Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunurlar
Day.Az представляет новость на азербайджанском языке
Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.
Day.Az xəbər verir ki, bu barədə oxu.az-a "Gilavar" Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların "Mi-17" təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.
Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре