Gəncədə 20-dən artıq səsvermə məntəqəsində “exit-poll” təşkil olunub

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə 1747 müşahidəçi prezident seçkilərində səsvermə prosesini izləyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşahidəçilər müxtəlif siyasi partiyaların nümayəndələri və öz təşəbbüsü ilə müşahidə aparanlardır.

Gəncədə 37 saylı Nizami birinci, 38 saylı Nizami ikinci, 39 saylı Kəpəz birinci və 40 saylı Kəpəz ikinci seçki dairələri üzrə 107 məntəqə fəaliyyət göstərir. Şəhərdə 148 min 144 nəfərin adı seçici siyahısına daxil edilib.

Bundan başqa, seçkiyə 5 gün qalmış hərbi hissələrdə və 2 saylı istintaq təcridxanasında 4 məntəqə yaradılıb. Bu məntəqələrdə 3 min 325 nəfərin səs verəcəyi gözlənilir. Şəhərdə fəaliyyət göstərən məntəqələrdən 40-da veb-kameralar quraşdırılıb.

38 məntəqədə isə əlil arabaları ilə hərəkət edənlərin binaya daxil olmaları üçün xüsusi panduslar qoyulub. Gəncədə 20-dən artıq məntəqədə "exit-poll" keçirilir.

Səsvermə hüququ olanlardan iki nəfər 100, bir nəfər isə 102 yaşındadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.