Azərbaycan ATƏT-in Ermənistandan adekvat addımlar tələb etməsini gözləyir

Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışına münasibət bildirib.
Day.Az bildirir ki, Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq deyiblər ki, Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır.
Qeyd olunur ki, münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır.
Müdafiə Nazirliyi bildirir ki, A.Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və ATƏT-in qarşı tərəfdən adekvat addımların atılmasını tələb etməsini gözləyir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре