Məşhur basketbolçu ailəsi ilə ölümdən qurtuldu

Day.Az представляет новость на азербайджанском языке

Atatürk hava limanında baş verən terror zamanı məşhur basketbolçu İbrahim Kutluay, həyat yoldaşı Demet Şener və uşaqları hadisə yerində olublar. 

Day.Az musavat.com-a istinadən bildirir ki, İbrahim Kutluay yaşadıqlarını "Hürriyet" qəzetinə danışıb: "Biz xaricdən qayıdırdıq. Hava limanına girdiyimiz an böyük bir çaxnaşma yaşandı. Nə olduğunu almadıq. Bizi bir müddət gözlətdilər. İnsanlar qorxu içində idi. Daha sonra əməliyyatları tamamlayıb hava limanı xaricinə çıxdıq. Çox qorxduq. Hamımıza keçmiş olsun".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.