Arvadının qorxusundan mühafizəçi ilə gəzir

Pekin məhkəməsi arvadı tərəfindən döyülən şəxsə mühafizəçi ilə gəzməyə icazə verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,cütlük 2014-cü ildə rəsmən boşansa da, birlikdə yaşayıb. Kişi bildirib ki, onlar daim xırda məsələlərə görə mübahisə ediblər və sonuncu dəfə 2016-cı ilin mayında arvadı tərəfindən döyülüb. O, məhkəməyə müraciət edib.
 
Bundan başqa, qərara əsasən, qadın keçmiş ərinə 200 metr məsafədən az yaxınlaşas bilməz. Qərarı yerinə yetirməsə, qadını 15 sutka həbs və 150 ABŞ dolları pul cəzası gözləyir.