Fətullah Gülənin evi mühasirəyə alındı: Helikopterlər... - FOTO

Pensilvaniya polisi FETÖ lideri Fətullah Gülənin evində baş verən bir hadisəni araşdırmağa başlayıb.

Day.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, Gülənin yaşadığı evin girişi polis maşınları ilə əhatəyə alınıb, evin ətrafında helikopterlər dövr edir.

BBC-nin yaydığı digər məlumatda Gülənin qonşularına bayıra çıxmamaq barədə xəbərdarlıq edildiyi bildirilib. Ərazidə silah daşıyan qara paltarlı birinin dolaşdığı qeyd edilib.