https://news.day.az/azerinews/1204837.html
İdman klubunda PARTLAYIŞ - 3 nəfər öldü
İdman klubunda PARTLAYIŞ - 3 nəfər öldü
Əfqanıstanın Cəlalabad şəhərində güclü partlayış baş verib. Day.az xəbər verir ki, insident Nanqarhar vilayətində idman klublarının birində qeydə alınıb.
Əfqanıstanın "Ariana News" rəsmi telekanalının verdiyi məlumata görə, partlayış bilyard zalında baş verib. Partlayış nəticəsində 3 nəfər dağılan tavanıın altında qalaraq ölüb. Daha 3 nəfərin yaralandığı deyilir, yaralılar xəstəxanaya yerləşdirilib.
Cəlalabad polisi idman klubundakı insidentlə bağlı araşdırmalara başlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре