Azərbaycanda AĞIR QƏZA, yaralılar var

Bu gün axşam saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi olub. 

Day.Az APA-ya istinadən bildirir ki, qəza nəticəsində "Changan" markalı minik avtomobili ilə  "Hyundai" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili aşıb. 

Qəzada iki nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb edilib. Yolda sıxlığın yaranmaması üçün avtomobillər ərazidən uzaqlaşdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.