Yanvar-aprel aylarında Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını artırıb

Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Qırğızıstana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,03 dəfə artaraq 8 milyon dollara çatdırıb.

Day.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Qırğızıstana avtomobil sənayesi məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,49 dəfə artıraraq 3 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 11,3 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,7 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 32,1 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.