Moldovada Prezident İlham Əliyev və Nikol Paşinyanın Makron və Şoltsun iştirakı ilə görüşü olacaq

İyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moldovada görüşü baş tutacaq.

Day.Az bu barədə Avropa Şurasına istinadən xəbər verir.

Bildirilir ki, görüş Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Avropa Siyasi Birliyinin Kişinyovda keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, mayın 14-də Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə görüşəcəklər.

Şarl Mişel həmçinin Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini 2023-cü ilin oktyabrında Qranadada (İspaniya) keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində görüşə dəvət etmək niyyətindədir.