BŞİH və RİİB əməkdaşları futbol meydançasında yarışdılar

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi arasında qurulmuş səmərəli əməkdaşlıq çərçivəsində hər iki qurumun nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edilir.

Day.Az xəbər verir ki, belə tədbirlərdən biri də Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşları arasında keçirilən mini futbol üzrə yoldaşlıq görüşü olub. Səbail rayonu Salyan şossesindəki İdman və istirahət parkında təşkil edilən yoldaşlıq görüşünü hər iki qurumun rəhbərləri, əməkdaşları və İctimai Birliyin könüllüləri izləyib.

Əsas məqsədi idmanın və sağlam həyat tərzinin təbliği, eyni zamanda qurum əməkdaşları arasında əlaqələrin daha da möhkəmləndirilməsi olan oyun böyük maraqla qarşılanıb və azarkeşlərin alqışları ilə müşayət edilib.

Yüksək əhval-ruhiyyə ilə başa çatan oyundan sonra komandalar birgə xatirə şəkli çəkdirib və bu kimi yarışların ənənəvi olaraq keçirilməsi qərara alınıb.