Sevil Mikayılova Xaçmazın Yalama kəndində seçicilərlə görüş keçirib

Azərbaycanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd Sevil Mikayılova təbliğat kampaniyası çərçivəsində növbəti görüşünü Yalama kənd seçiciləri ilə keçirib.

Day.Az xəbər verir ki, görüşdə Sevil Mikayılova seçicilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, Vətən müharibəsində qazanılan tarixi Zəfərdən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsindən, ölkəmizdə aparılan sosial- iqtisadi islahatlardan, şəhidlərin qanı canı bahasına əldə edilmiş Qələbənin tarixi əhəmiyyətindən söhbət açıb.

Görüş zamanı, həmçinin, Sevil Mikayılova deputat kimi fəaliyyəti dövründə gördüyü işlər barəsində seçiciləri ətraflı məlumatlandırıb.

Həmçinin, seçiciləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.