https://news.day.az/azerinews/1711026.html
160-a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirilib - RƏSMİ
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ"-"Lion" oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb. Bu barədə Day.Az-a AYNA-dan məlumat verilib.
160-a yaxın avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirilib - RƏSMİ

Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Avropa Liqasının əsas mərhələsində baş tutacaq "Qarabağ"-"Lion" oyunu ilə əlaqədar Stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 14:00-dən avtobusların girişi məhdudlaşdırılıb.
Bu barədə Day.Az-a AYNA-dan məlumat verilib.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.
Məhdudiyyətlə əlaqədar 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре