https://news.day.az/azerinews/1727087.html
Türkiyədə anbarda güclü yanğın - VİDEO
İstanbulda təkər anbarında güclü yanğın baş verib. Day.Az Milli.Az-a istinadla xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub Yanğın Havacılar küçəsində yerləşən 3 min kvadratmetr qapalı sahəyə malik təkər fabrikində naməlum səbəbdən başlayıb.
Türkiyədə anbarda güclü yanğın - VİDEO
İstanbulda təkər anbarında güclü yanğın baş verib.
Day.Az Milli.Az-a istinadla xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub.
Yanğın Havacılar küçəsində yerləşən 3 min kvadratmetr qapalı sahəyə malik təkər fabrikində naməlum səbəbdən başlayıb.
Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım briqadaları göndərilib. Yanğınsöndürmə briqadaları alovu nəzarət altına almaq üçün intensiv müdaxilə edir.
Hazırda yanğının səbəbi və hər hansı tələfatın olub-olmaması ilə bağlı araşdırmalar davam aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре