https://news.day.az/azerinews/1727112.html
Ağcabədidə qumbaranın partlaması zamanı xəsarət alanların - SON VƏZİYYƏTİ
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-а bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
Ağcabədidə qumbaranın partlaması zamanı xəsarət alanların - SON VƏZİYYƏTİ
Yanvarın 31-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Day.Az-а bildirilib ki, partlayışda xəsarət alan iki nəfərin (qadın cinsli) müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir.
"Hazırda onların vəziyyəti stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ötən gün saat 12:00-da Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən evlərdən birində əl qumbarası partlayıb. Hadisə nəticəsində beş nəfər həlak olub, iki nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре