Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı - Azər Qarayev
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisədir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, bu səfər təkcə protokol xarakteri daşımır, əksinə, çoxvektorlu əməkdaşlıq xəttinin dərinləşməsi, Avropa İttifaqının mərkəzində yeni strateji tərəfdaşlıq modelinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Prezidentlərin açıqlamaları, imzalanan sənədlər və verilən mesajlar göstərir ki, Bakı-Bratislava xətti gələcək illərdə daha da güclənəcək. Azərbaycan və Slovakiya dost ölkələr, strateji tərəfdaşlar, Mərkəzi Avropa-Cənubi Qafqaz xəttində qarşılıqlı maraqları tamamlayan dövlətlər kimi çıxış edirlər. 2023-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə səfərin siyasi çərçivəsini müəyyən edən əsas hüquqi-siyasi sənəddir. Bu bəyannamə münasibətləri yüksəldən əsas platformadır və səfər həmin sənədin reallaşma mərhələli olduğunu göstərir. Prezident İlham Əliyevin nitqində ən çox vurğulanan istiqamətlərdən biri enerji sahəsi oldu. Slovakiya uzun illər Rusiya qazından asılılıq səbəbilə enerji təhlükəsizliyində diversifikasiyanı prioritet sayan ölkədir. Azərbaycanın isə Avropanın enerji xəritəsində rolu sürətlə artır. 2024-cü illərdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında birinci yeri tutur. Yeni qaz yataqlarının istismarı ilə Azərbaycanın ixrac potensialı daha da artacaq. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm strateji oyunçuya çevrildiyini bir daha təsdiqləyir. Slovakiya üçün Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından əvəzolunmaz tərəfdaşdır."
A.Qarayev bildirib ki, müdafiə sənayesi əməkdaşlığı səfərin digər mühüm istiqamətidir. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, əməkdaşlığın mahiyyəti hərbi ritorikaya yox, məhz sənaye sinergiyası,texnoloji inkişaf, birgə istehsal, üçüncü ölkələrə ixrac için ortaq məhsulların yaradılması kimi sahələrə yönəlib.
"Slovakiyanın inkişaf etmiş hərbi-sənaye texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarının birləşməsi regionda yeni istehsal güclərinin formalaşmasına şərait yarada bilər. Bu model həm iqtisadi, həm də geostrateji baxımdan əhəmiyyətlidir. Slovakiya nümayəndə heyətinin 8 Noyabr - Zəfər Günündə Bakıda iştirak etməsi də siyasi-strateji münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Görüşdə yenilik data mərkəzləri və informasiya texnologiyaları sahəsində birgə layihələrin müzakirə edilməsidir. Slovakiya şirkətləri ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal sahədə regional liderliyinə ciddi töhfə verə bilər."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре