https://news.day.az/azerinews/1819375.html BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - FOTO Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir.

BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir - FOTO

Azərbaycanca, 2 марта 2026 12:34 (UTC +04:00) 339
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir

Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar etməkdədir. Belə ki, sosial şəbəkələrdə, xüsusilə "TikTok"da "Fəxri Cəbrayılova azadlıq" adlı səhifələr yaradılıb və orada qızların fotoları qeyri-əxlaqi məzmunda yayılır.

Qeyd edək ki, məsələ ictimailəşəndən sonra Daxili İşlər Nazirliyi əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılovu saxlayıb. Hazırda onun əməllərinin kimin tərəfindən davam etdirilməsi məlum deyil.

Məsələ ilə əlaqədar DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, araşdırmalar davam etdirilir.



Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости