https://news.day.az/azerinews/1820185.html Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir - Hamınız istifadə edirsiniz Market arabaları azyaşlı uşaqlar üçün təhlükəlidir. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Avstraliyada yaşayan bir ana 10 aylıq körpəsini market arabasının uşaq oturacağına əyləşdirib. Körpə tutacaqları ağzına aparıb və əlləri ilə metal hissələrə toxunub.

Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir - Hamınız istifadə edirsiniz

Azərbaycanca, 6 марта 2026 06:45 (UTC +04:00) 332
Alış-veriş zamanı diqqətli olun, bakteriya mənbəyidir

Market arabaları azyaşlı uşaqlar üçün təhlükəlidir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Avstraliyada yaşayan bir ana 10 aylıq körpəsini market arabasının uşaq oturacağına əyləşdirib. Körpə tutacaqları ağzına aparıb və əlləri ilə metal hissələrə toxunub.

Alış-verişdən bir gün sonra uşaqda güclü qusma, yüksək hərarət və şiddətli ishal əlamətləri müşahidə olunub. Xəstəxanada aparılan müayinələr zamanı körpəyə salmonella və rotavirusu diaqnozu qoyulub.

Bildirilir ki, çiy ət və tərəvəzlərdən sızan mayelər, çirkli əllər və gün ərzində minlərlə insanın təması bu səthləri mikrob mənbəyinə çevirir. İmmun sistemi tam formalaşmamış körpələr üçün belə səthlərlə təmas ciddi infeksiya riski yaradır.

Valideynlərə market arabasından istifadə etməzdən əvvəl tutacaqları dezinfeksiyaedici salfetlə silmək, alış-verişdən sonra uşağın əllərini dərhal təmizləmək tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости