APOEL-in oyunçusu Bakıya gəlməyəcək

Day.Az представляет новость на азербайджанском языке

Millimizlə yoxlama oyununda qarşılaşacaq Belarus yığmasının heyətində dəyişiklik edilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kiprin APOEL klubunun müdafiəçisi Denis Polyakov Bakıya gəlməyəcək.

Zədə alan futbolçu heyətdən çıxarılıb, onun yerinə isə Brest "Dinamo"sundan Aleksey Qavriloviç çağırılıb.

Qeyd edək ki, Belarus Azərbaycanla yanaşı, Sloveniya yığması ilə də yoldaşlıq görüşünü səfərdə keçirəcək. Millimizlə oyun martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.