İBM birə ölçüsündə kompüter yaratdı - MİKROSKOPLA GÖRÜNÜR

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın internet texnologiyaları istehsalçısı İBM şirkəti ancaq mikroskopla baxılması mümkün olan kompüterini təqdim edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İSM şirkətinin nümayəndələri bildirib ki, bu cihaz həcminə görə duz dənəsi və ya bitlə müqayisə edilə bilər.
 
Bununla belə, cihaz öz gücü ilə qürurlana bilməz. Ancaq "əşyaların interneti" - "ağıllı" soyuducular, lampalar və digər cihazlar üçün istifadə edilə bilər.
 
Tərtibatçılar vurğulayırlar ki, yaxın beş il ərzində belə kompüterlər məişət texnikasına da quraşdırıla biləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.