Tovuzda kəndə canavar

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda fərdi təsərrüfat canavar hücumuna məruz qalıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.

Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.
 
Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.