Bakıda oğlan bıçaqlandı

Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Baksol yolunda qeydə alınıb.

Xarıbülbül restoranın qarşısında 1990-ci il təvəllüdlü Babayev Orxan Abdulməcid oğlu tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.