https://news.day.az/azerinews/1676126.html
Ermənistanda əcnəbi polis bölməsində atəş açıb - Yaralılar var
Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs polis bölməsində avtomat silahından atəş açıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb. Məlumata görə, İraq vətəndaşı olduğu bildirilən həmin şəxs daxil olan şikayət əsasında bölməyə gətirilib.
Ermənistanda əcnəbi polis bölməsində atəş açıb - Yaralılar var

Ötən gecə Ermənistanın Kotayk vilayətində əcnəbi şəxs polis bölməsində avtomat silahından atəş açıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb.
Məlumata görə, İraq vətəndaşı olduğu bildirilən həmin şəxs daxil olan şikayət əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə isə həm özü, həm də 2 polis yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре