Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi ilə bağlı sazişdə dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə Avropa Yenidənqurma və İnkişaf Bankının Müdirlər Şurasının 2023-cü il 18 may tarixli 259 və 260 nömrəli qətnamələri ilə qəbul olunmuş dəyişikliklər təsdiq edilib.