Uşağın uğurunun ən böyük səbəbi ana İMİŞ - SƏBƏB
Ananın ali təhsilli olması uşaqların həm akademik, həm də koqnitiv bacarıqlarına ciddi təsir göstərir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.
Araşdırmada müxtəlif sahələr üzrə nailiyyət balları müqayisə edilib və demək olar ki, bütün göstəricilərdə ali təhsilli anaların övladları daha yüksək nəticə əldə ediblər.
Xüsusilə, riyazi bacarıqlar və savadlılıq sahələrində fərq daha qabarıq hiss olunur. Belə ki, ali təhsilli anaların uşaqları bu istiqamətlər üzrə müvafiq olaraq təxminən 30-35 bal daha yüksək nəticə göstəriblər. Bununla yanaşı, zehni çeviklik, işlək yaddaş, emosiyaları anlama və ayırdetmə kimi bacarıqlarda da üstünlük müşahidə olunur.
Sorğu vasitəsilə ölçülən göstəricilərə görə, prososial davranış və güvən səviyyəsi ali təhsilli anaların övladlarında daha yüksəkdir. Bunun əksinə olaraq, nizam-intizamlı davranış sahəsində fərqli dinamika qeydə alınıb və bu göstəricidə ciddi üstünlük müşahidə olunmayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре