Bu gün Azərbaycan vasitəsilə Ermənistana gübrə və taxıl göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
Day.Az xəbər verir ki, Ermənistana 4 vaqon gübrə, 4 vaqon taxıl göndərilib.
Vaqonlar "Biləcəri" stansiyasından yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
XXX
09:48
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Day.Az xəbər verir ki, Ermənistana 4 vaqon gübrə, 4 vaqon taxıl göndəriləcək.
Vaqonlar Biləcəri stansiyasından yola salınacaq.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре