İtaliyalı deputat: "Yaxşı təşkilatçılığın şahidi olduq"

Day.Az представляет новость на азербайджанском языке

"Günün ikinci yarısında artıq seçicilərin 30%-i səsvermədə iştirak etmişdi".

Day.Az bildirir ki, bu sözləri APA-ya açıqlamasında İtaliya parlamentinin deputatı, AŞPA-nın üzvü Klaudio Fazzone deyib. O bildirib ki, müxtəlif seçki məntəqələrinə baş çəkiblər: "Yaxşı təşkilatçılığın şahidi olduq. Seçicilərə hörmət gördük. Səhər vaxtı daha çox qadınların səs verdiyini gördük. İnsanlar üçün rahat şərait yaradılmışdı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.