Borcunu ala bilmədi deyə 140 manatını oğurladı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda mağaza oğrusu saxlanılıb.

ARB TV xəbər verir ki, Bakı şəhər sakini 26 yaşlı Emil İsgəndərov Yasamal Rayon Polis İdarəsinə gələrək ona qarşı soyğunçuluq edildiyini bildirib. İsgəndərovun sözlərinə görə, dükanına daxil olan Kamran adlı şəxs kassada olan 140 manatı zorla götürərək, çıxıb gedib.

Milli.Az xəbər verir ki, araşdırmalara başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Kamran Gözəlzadəni saxlayıblar. Polisə ifadəsi zamanı Kamran Emilin ona pul borcu olduğunu bildirib. Gözəlzadənin sözlərinə görə, Emilin mağazasına satılması üçün spirtli içkilər verib. Mal satılsa da, pulunu ala bilməyib.

Polis faktı araşdırır.

Videonu izləmək üçün şəklə klikləyin:

Borcunu ala bilmədi deyə 140 manatını oğurladı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.