Kişilər mağazadan kosmetika oğurladılar

Day.Az представляет новость на азербайджанском языке

Siyəzən rayonunda oğurluq hadisəsi baş verib. 

Day.Az report-a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev küçəsində yerləşən parfümeriya mağazasında qeydə alınıb.
Belə ki, oğrular İlkin Novruzova məxsus parfümeriya mağazasına daxil olaraq oradan 8 000 manatlıq kosmetika məhsulları və 270 manat pul oğurlayaraq qaçıblar. Zərərçəkən dərhal Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. 

İ.Novruzovun müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başalayan Siyəzən RPŞ-nin əməkdaşları oğurluqda şübhəli bilinən rayon sakinləri - 23 yaşlı Aqşin Salayev və 22 yaşlı Ravin Səmədov tutulublar. 
Faktla bağlı Siyəzən RPŞ-də araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.