Messi iranlı oxşarını Barselonaya dəvət edib

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə gün öncə Lionel Messinin iranlı oxşarı Rza Pərəstiş argentinalı ulduz tərəfindən İspaniyaya dəvət olunub.

Day.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı Tehran sakini növbəti dəfə Barselona şəhərinə gedəcəyini bildirib. Pərəstişin dünya şöhrətli futbolçuya bənzəməsi onun gündəlik həyatına da təsirsiz ötüşməyib. Tehran küçələrində tez-tez iranlı gəncə yaxınlaşan sakinlər ondan avtoqraf alır və xatirə şəkli çəkdirirlər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.