"Bakıda lüləkabab" videosuna aldanmayın

Day.Az представляет новость на азербайджанском языке

Sosial şəbəkələrdə Bakıdakı şadlıq saraylarının birində lüləkababın hazırlanmasını əks etdirən görüntülər olduğu video yayılır.
Day.Az bildirir ki, videoda ət maşınından mal, qoyun, toyuq əti, habelə donuz piyi və toyuq dırnaqları keçirilir.

"Şadlıq evlərində lüləkabab belə hazırlanırmış" adı ilə yayılan video Bakıdakı şadlıq saraylarından birində yox, İtaliyanın Bolonya şəhərində, "Trikatarna" şirkətinin kolbasa sexlərindən birində çəkilib. Videoda italyan dilində deyilən "Səni çəkirəm, diqqətli ol" kəlmələri də eşidilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.