İran rəsmilərini daşıyan avtomobil atəşə tutulub, ölənlər var

Day.Az представляет новость на азербайджанском языке

İran parlamentinin  Qərbi İslamabad və Dalaho bölgəsindən  olan nümayəndəsi Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.

Məlumata görə, "Pejo"  markalı  avtomobildə olan silahlı şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin  \baytarlıq idarəsinin rəisi həyatını itirib.

Dalaho şəhər  bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə  xəsarət almayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.