Gəncədə iki avtomobil toqquşub: yaralı var

Day.Az представляет новость на азербайджанском языке

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"nın toqquşması nəticəsində baş verib.
Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.