Fındıq ixracı üçün əsas hədəf İtaliya bazarı olacaq

İldən-ilə ölkəmizdə fındıqçılığa dövlət dəstəyi gücləndirilir. Fındıq ölkəmizə ən çox xarici valyuta gətirən aqrar məhsuldur. Bu il fındıq istehsalının 10 faiz artacağı proqnozlaşdırılır. Ötən il olduğu kimi fındıq ixracı üçün əsas hədəf İtaliya bazarı olacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fındıqçılığa göstərilən diqqət və qayğı sayəsində məhsulun istehsalı və ixracı artıb. Ötən ilin statistik göstəriciləri belə deməyə əsas verir. Azərbaycan Findiq Istehsalçilari və Ixracatçilari Assosiasiyasinin sədri Ismayil Orucovun sözlərinə görə, bu il də findiq ixraci üçün əsas hədəf Italiya bazaridir

Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlamasi nəzərdə tutulur. Assosiasiya sədrinin sözlərinə görə, bu il fındıq istehsalında artım gözlənilir.

İsmayıl Orucov ölkəmizdə yetişən fındıqda guya xəstəliyin olması iddialarına da aydınlıq gətirib.

İsmayıl Orucov gürcüstanda fındıq bağlarında yayılan zərərvericilərin ölkəmizə gəlmə ehtimalının yüksək olduğunu qeyd edib. Ona görə də fermerlərdən diqqətli olmaları tələb edilir. Bağlarda hansısa şübhəli məqama rast gələrlərsə assosiasiyaya məlumat vermələləri tövsiyə edilir.

Videonu izləmək üçün şəklə klikləyin:
Fındıq ixracı üçün əsas hədəf İtaliya bazarı olacaq